Modern.az

Böyük klubdan yaxşı təklif almasam, “Qarabağ”da qalacam

Böyük klubdan yaxşı təklif almasam, “Qarabağ”da qalacam

İdman

Bu gün, 13:41

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski hazırda heç bir klubdan təklif almayıb.

Modern.az xəbər verir ki, bu barədə 26 yaşlı qolkiper özü məlumat verib.

Koxalski Azərbaycandakı karyerasını hansı halda davam etdirəcəyini də açıqlayıb:

“Hazırda heç bir təklif yoxdur, ona görə də karyeramla bağlı dəqiq qərar verməmişəm. Yayda nə baş verəcək, bilmirəm.

Əgər getmək və arzumun gerçəkləşməsi üçün yaxşı təklif olsa, gedərəm. Təbii ki, bunun üçün də böyük klubdan yaxşı təklif almalıyam ki, reallaşsın. Əks halda, “Qarabağ”da qalaram”.

Mateuş Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər.

Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək. (Teleqraf)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?