Modern.az

Qarabağ Universitetinə ayrılacaq vəsait artır

Qarabağ Universitetinə ayrılacaq vəsait artır

İqtisadiyyat

Bu gün, 20:00

Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2027-ci ilin dövlət büdcəsində 102 milyon 300 min manat məbləğində subsidiya nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 2 milyon 100 min manat və ya 2 faiz çoxdur.

Modern.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi xərcləri üçün 20 milyon 700 min manat nəzərdə tutulub.

2025/2026-cı tədris ilindən fəaliyyətə başlayan və mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı "Türkiyə-Azərbaycan birgə Universiteti"nin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6 milyon manat vəsait proqnozlaşdırılıb.

Eyni zamanda, Qarabağ Universitetində 9 istiqamət və 49 ixtisas (o cümlədən, tibb - 250 nəfər) üzrə 3 500-dək tələbənin, 2024/2025-ci tədris ilindən etibarən isə 5 000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır. Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 12 milyon manat və ya 30.8 faiz çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia