Modern.az

“Sabah” - “Orxus” oyununu bu hakim idarə edəcək

“Sabah” - “Orxus” oyununu bu hakim idarə edəcək

İdman

31 İyul 2026, 13:04

“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarka təmsilçisi “Orxus”a qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.

VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.

Rade Obrenoviç daha əvvəl Konfrans Liqasında “Aberdin” (Şotlandiya) - “Qarabağ”, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilmiş "Qarabağ" - "Ayaks" (Niderland) matçlarını idarə edib.

Qeyd edək ki, “Sabah” və “Orxus” komandaları arasında ilk oyun avqustun 5-də Randers şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da olacaq və saat 20:00-da start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?