FİFA prezidenti Canni İnfantino təşkilatın kommersiya hüquqlarının bir hissəsinin satışı layihəsi həyata keçiriləcəyi təqdirdə illik maaşını 10 dəfə artırmağı planlaşdırırmış.
Modern.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Məlumata əsasən, hazırda FİFA rəhbərinin illik gəliri təxminən 3 milyon avro təşkil edir. FİFA Forward Enterprise adlı yeni struktur fəaliyyətə başlasaydı, İnfantino təşkilatın kommersiya və media hüquqlarını idarə edəcək şirkətə rəhbərlik etdiyinə görə əlavə olaraq ildə 30 milyon avroya qədər gəlir əldə edə bilərdi.
Qeyd edək ki, Avropada UEFA rəhbərliyi Gianni İnfantinonun istefaya getməsini tələb edir. Əks halda, ona qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilir.