Modern.az

“Qarabağ” ilk oyunda “Dinamo”ya uduzdu

“Qarabağ” ilk oyunda “Dinamo”ya uduzdu

İdman

6 Avqust 2026, 23:19

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” Kiyev “Dinamo”su (Ukrayna) ilə ilk oyuna çıxıb.

Modern.az xəbər verir ki, Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçirilən qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Görüşün 90-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Cebrail Makretskis qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi