Modern.az

Bu gün Misli Premyer Liqasında iki oyun olacaq - TƏQVİM

Bu gün Misli Premyer Liqasında iki oyun olacaq - TƏQVİM

İdman

15 Avqust 2026, 10:05

Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edəcək. 

Modern.az xəbər verir ki, avqustun 15-də daha iki oyun keçiriləcək. 

“Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edəcək. 

Günün digər matçında isə son çempion “Sabah” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. 

Qeyd edək ki, ilk tura dünən start verilib: “Turan Tovuz” öz meydanında "Qəbələ”yə qalib gəlib - 1:0.

Misli Premyer Liqası

I tur

15 avqust 

18:30. “Araz-Naxçıvan” - “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu 

20:45. “Sabah” - “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC