Modern.az

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan boksçusu Avropa çempionu oldu

İdman

25 Sentyabr 2026, 01:25

Azərbaycan boksçusu Sübhan Məmmədov Avropa çempionu olub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 50 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 Avropa çempionatında yiyələnib.

Sübhan Məmmədov finalda Bair Batlayevi (Rusiya) məğlub edib.

Hər üç raundu öz xeyrinə başa vuran Mamedov yekunda 4:1 hesabı ilə qalib gəlib. Hakimlərin verdiyi xallar 30:27, 29:28, 28:29, 30:27 və 29:28 olub.

Beləliklə, Azərbaycan boksçusu Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.

Sizə yeni x var
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!