Modern.az

“Red Bull”un sürücüsü üçüncü sərbəst yürüşün qalibi oldu (YENİLƏNİB)

“Red Bull”un sürücüsü üçüncü sərbəst yürüşün qalibi oldu (YENİLƏNİB)

İdman

25 Sentyabr 2026, 13:28

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

Modern.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen birinci, “Mercedes”in britaniyalı pilotu Corc Rassel ikinci, “Ferrari”dən Luis Hemilton isə üçüncü olub.

Birinci və ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni C.Rassel göstərmişdi.

Bu gün, həmçinin Formula 2 üzrə əsas yarış keçiriləcək. Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

***

12:34

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.

Modern.az xəbər verir ki, yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Bu gün, həmçinin Formula 2 üzrə əsas yarış keçiriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!