Modern.az

Litva - Azərbaycan matçının hakimləri açıqlandı

Litva - Azərbaycan matçının hakimləri açıqlandı

İdman

25 Sentyabr 2026, 12:41

UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Menelaos Antoniu olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Çaristoforou, onun köməkçisi Dimitris Solomou olacaq.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!