Modern.az

Bakıda hava limanına dəmir yolu xətti çəkiləcək - AÇIQLAMA   

Bakıda hava limanına dəmir yolu xətti çəkiləcək - AÇIQLAMA   

26 Sentyabr 2016, 16:12

"Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş gedir". 

 

Modern.az xəbər verir ki, bu sözləri "Report"a açıqlaması zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

 

O bildirib ki, "Bu layihənin işlənib-hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda layihə üzərində iş gedir"

 

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması nəzərdə tutulub. İlkin plana əsasən, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində hava limanına qədər hərəkət edəcək. 

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi