Modern.az

Azərbaycanda 83 yaşlı kişi və 72 yaşlı qadın evlənib

Azərbaycanda 83 yaşlı kişi və 72 yaşlı qadın evlənib

Hadisə

13 Oktyabr 2016, 16:21

2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 42 179 nikah qeydə alınıb.

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

 

Qurum rəsmisi nikaha daxil olanların yaş aralığını da açıqlayıb:

“Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır”.

 

R.Süleymanovun sözlərinə görə, rəsmi nikaha daxil olan ən yaşlı kişi 83, ən yaşlı qadın isə 72 yaşındadır”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı