Modern.az

Bakının bu qəsəbəsində manyak peyda oldu - VİDEO

Bakının bu qəsəbəsində manyak peyda oldu - VİDEO

Hadisə

Bu gün, 13:33

Bakının Binəqədi rayonu, Xutor qəsəbəsində manyak peyda olduğu iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə aktyor Vüsal Əhmədzadə sosial şəbəkədə etdiyi müraciətində bildirib.

Onun sözlərinə görə, manyak qadınlara və uşaqlara yaxınlaşaraq əxlaqsız hərəkətlər edib.

Hətta həmin şəxsin qadınları vurduğu, onların çantasını götürməyə çalışdığı da iddia olunub.

Polisin məsələdən məlumatlı olduğu və sözügedən cinayətləri törədənin kimliyinin müəyyənləşdiyi bildirilir. Məlumata görə, hazırda onun tapılması üçün tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV