Modern.az

Bərdədə ev yandı - Yeni evlənənlərin cehizləri kül oldu

Bərdədə ev yandı - Yeni evlənənlərin cehizləri kül oldu

Hadisə

Bu gün, 14:26

Bərdə rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Modern.az “qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Ziyad Cullu oğluna məxsus 4 otaqlı fərdi yaşayış evində baş verən yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb.

Məlumata görə, ev sahibinin övladı yeni ailə həyatı qurmuşdu və bütün cehizlər də yanğın zamanı yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yanğının başvermə səbəbi müəyyənləşdirilir.

 




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV