Modern.az

Astan Şahverdiyevin yerinə seçki keçirilə bilər

Astan Şahverdiyevin yerinə seçki keçirilə bilər

16 Aprel 2018, 11:21

Dünən hakim Yeni Azərbaycan Partiyasının  üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev vəfat edib.  O, Bakıda – “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Qanunvericiliyə görə, Milli Məclisinin deputatı vəfat etdikdə mandatdan məhrum edilir.

Konstitusiyanın 87-ci maddəsində (Milli Məclis deputatlarının səlahiyyətinin bitməsi) göstərilib ki, Milli Məclis deputatlığından çıxanların yerinə seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

Bundan əlavə, Konstitusiyanın 84-cü maddəsində (Milli Məclis çağırışının səlahiyyət müddəti) qeyd edilib ki, Milli Məclisin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.


Qeyd edək ki, hazırki Milli Məclisin səlahiyyət müddəti 2020-ci ilin noyabrında başa çatacaq.  Bu isə o deməkdir ki, Astan Şahverdiyevin yerinə yeni seçkilər keçirilə bilər.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, belə hallarda  Azərbaycan Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı qanunvericilikdə qeydlər var.

“Belə hallarda  Azərbaycan Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı qanunvericilikdə qeydlər var. Qanunvericiliyə uyğun olaraq da tədbirlər həyata keçiriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir