Arxiv
30 Oktyabr 2018, 18:00 | TƏHSİL
Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE  

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasına rəis təyin edib.

Bununla bağlı sərəncamda bildirilir ki, Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilsin.

Modern.az saytı Qulu Novruzovun tərcümeyi-halını təqdim edir:


Novruzov Qulu Novruz oğlu 1970-ci ildə anadan olb. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə təhsil aldığı fakültənin dekanlığında metodist vəzifəsində çalışib.

1999-cu ildən Baki Dövlət Universitetitinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir. 2000-2007-ci illərdə Təhsil Nazirliyində Xaricdə təhsil alan tələbələr üzrə iş sektorunun müdiri, 2007-2010-cu illərdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsində işləyib.

Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-ın Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə muxtəlif təlim proqramlarını tamamlayıb.

2005-2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasınm həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün keçirilmiş müsabiqənin qalibi kimi ABŞ-ın Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlayıb və tədqiqat aparıb.

2003-2010-cü illərdə Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin, 2007-2011-ci illərdə isə İSESCO İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil edib. 2010-cu ildə beynəlxaiq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 30-dan artıq elmi məqalə, bir monoqrafiya, bir neçə proqram və metodik vəsaitin müəllifidir.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 30-dək dövlət ilə müxtəlif Hökumətlərarası Komissiyann, BMT-nin ixtisaslaşmış qurumları və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı təmsilçi nümayəndə heyətlərinin, Dövlət komissiyalarının, həmçinin, Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.


2013-2016-cı illərdə Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-cı ildən isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb. Qeyd olunan  iki müəssisəyə rəhbərliyi dövründə köklü və radikal islahatların müəllifi kimi tanınıb.

Bu ilin sentyabr-oktyabr aylarında aparılan virtual sorğuda onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikanın ən yaxşı kolleci seçilib.

Keçmiş Sovet ordusu sıralarında iki illik həqiqi hərbi xidməti tamamlayıb, ehtiyatda olan zabitdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38