ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ-ın İrana 300 milyon dollar ödəmək planı olmayıb.
Modern.az xəbər verir ki, Tramp “Truth Social” şəbəkəsindəki paylaşımında yazıb:
“İran heç vaxt nüvə silahına malik olmamağa razılıq verib! Bundan əlavə, ABŞ-ın İrana 300 milyon dollar ödədiyi barədə məlumat demokratların yaydığı saxta xəbərdir!!!”.
ABŞ Prezidenti, ehtimal ki, mediada yayılan və İranın qarşılıqlı anlaşma memorandumu çərçivəsində ölkənin bərpası üçün ayrılacaq 300 milyon dollarlıq fonda çıxış əldə edə biləcəyi barədə xəbərləri nəzərdə tutur.
Xüsusilə, “Financial Times” yazıb ki, Tramp administrasiyası İrana investisiya qoymaq istəyən özəl şirkətlər üçün 300 milyon dollarlıq İran fondunun maliyyələşdirilməsini hökumətlərə deyil, məhz biznes qurumlarına həvalə etməyi təklif edib.
“Financial Times” mənbəyə istinadən bildirir ki, İranın bu fonda çıxışı yeni sazişin şərtlərinə əməl etməsindən asılı olacaq. Fond ölkənin yenidən qurulması və modernləşdirilməsi səylərini dəstəkləməlidir. Rəsmi şəxslərin sözlərinə görə, Avropa, Yaponiya və Cənubi Koreya də daxil olmaqla Asiya və ABŞ-dan olan biznes dairələri bu layihəyə maraq göstərirlər.