Arxiv
22 Fevral 2019, 08:32 | MEDİA
“Standart İnsurance” jurnalistə dəymiş ziyanı ödəmir: “...pulumuz yoxdur”  

Avtosfer.az portalının redaktoru Orxan Əli "Standart İnsurance" şirkətindən şikayətçidir. Orxan Əli Modern.az-a deyir ki, 2019-cu ilin yanvar ayının 3-də idarə etdiyi 90 ZA 609 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobil digər bir sürücü tərəfindən vurulub. Məhz bundan sonra jurnalistin 50 günlük iztirabı başlayıb. Belə ki, qarşı tərəfin sığorta şirkəti, yəni "Standart İnsurance"in əməkdaşı hadisə yerinə gəlib, olayın fotolarını çəkəndən sonra yol polisindən alınmış “Forma 4” ilə bilikdə şirkətə yaxınlaşmağı söyləyib.

Yanvar ayının 4-də Orxan Əli Bakı Şəhər Dövlət Yol polisi İdarəsində olub. Onu qəbul edən Bəxtiyar adlı inspektor hadisədə günahın həqiqətən də qarşı tərəfdə olduğunu və buna dair videogörüntülərin mövcudluğunu bildirib. Yol-nəqliyyat hadisəsi barədə arayışı alan jurnalist “Forma 4” götürmək üçün sığorta şirkətinə yollanıb.

Yol polisinin "işini görən" şirkət nümayəndəsi...

Şirkətin Rəşad adlı əməkdaşı ilə görüşən Orxan Əli gözlənilməz mənzərə ilə üzləşib. Əməkdaş ona bildirib ki, hadisədə günahkar tərəf kimi qəza yerinə baxış keçirən işçi tərəfindən jurnalistin özü günahkar göstərilib və araşdırma şöbəsinə yaxınlaşmağı məsləhət görüb.

15 günlük "araşdrıma"...

"Standart İnsurance" şirkətinin Hicran adlı şöbə müdiri hadisədə qaranlıq məqamların olduğunu və bunun araşdırmasının vacibliyini bildirib. Təbii ki, yol polisinin hadisəyə verdiyi qiymət qanunvericilikdə əsas götürülsə də, nədənsə keçmiş polis işçisi olan Hicran müəllim "araşdırmanı" yol polisinin deyil, özünün aparmasını "məqsədəuyğun" görüb. Ardınca sığorta şirkətinin Bəhruz adlı digər əməkdaşına dövr edilən iş bir həftə ərzində "günahkar axtarışına” çıxıb. Nəticədə bir həftədən sonra yol polisinin ilkin  qiymətləndirməsində jurnalistin günahkar olmaması şöbə müdiri Hicran müəllimə əyan olub.


Sürpriz hələ qabaqda imiş...

Nəhayət 15 gündən sonra “Forma 4” alıb Yol polisinə təqdim edən jurnalist DYP-nin rəyini sığorta şirkətinə çatdırıb. Ardınca qiymətləndirmə mərhələsində qəzanın şəkillərinə baxan əməkdaş heç bir hesablama aparmadan avtomobilə 1800 manat ziyan dəydiyini deyərək, bu məbləği təklif edib. Məbləğlə razılaşmayan jurnalist avtomobilin servisdə qiymətləndirilməsini tələb etdikdən sonra "Performance centre"nin Babək filialına yönləndirilib. Təxminən bir həftə ərzində qiymətləndirililən avtomobilin təmirinə nəhayət ki, bir aydan sonra - fevral ayının 3-də razılıq verilib. Məbləğ isə 2305 manat müəyyənləşdirilib.

Sığorta şirkəti ilə servis arasındakı müəamma...

Jurnalist servisdə təmir olunan avtomobilin təmir xərcinin də elə servisə ödənməsini istəyib. Lakin avtomobil təmirdən çıxdıqdan sonra servis əməkdaşı Səbuhi adlı şəxs bildirib ki, avtomobilin buraxılması üçün pul ödənməlidir. Yavarın 3-dən avtomoblilsiz qalan jurnalist sığorta şirkətinə pulun nə vaxt ödəniləcəyi ilə bağlı müraciət edib. Müqaviləyə imza atdıqdan və bank hesabı təqdim edildikdən sonra məbləğin 7 iş günü ərzində hesaba köçürüləcəyi bildirilib. Jurnalistə servisdən girov qoymaq qarşılığında avtomobilini götürə biləcəyi bildirilib. Bir həftədən sonra sığortadan pul alacağı ümidi ilə borc götürən Orxan Əli avtomobil üçün hesablanmış 2305 AZN pulu servisdə girov qoyaraq avtomobilini götürüb.

Sığorta şirkəti ilə servis arasındakı ikinci müəmma...

Bir neçə gün sonra pulun nə vaxt ödəniləcəyi ilə bağlı şirkətə zəng edən jurnalist sözün əsl mənasında şok yaşayıb. Jurnalistə deyilib ki, sizin pulunuz aprel ayının 4-dən sonra ödənəcək. Fevral ayının 21-də sığorta şirkətinə gedən jurnalist avtomobilin artıq təmirdən çıxdığını deyib və pulun ödənilməsini tələb edib. Onu şirkətin Pərvin adlı əməkdaşının yanına yönləndiriblər. Pərvin adlı əməkdaş məsələni "araşdırıdıqdan" sonra şirkətin digər əməkdaşı olan Zülfüqar adlı şəxslə telefon əlaqəsi saxlayıb. Zülfüqar adlı şəxs bildirib ki, hazırda servisdədir və bu məsələnin həlli ilə məşğuldur. Jurnalistə bildirilib ki, servis avtomobilin buraxılmasına razılıq verib. Yenidən servisə gələn jurnalist qoyduğu girovu tələb edərək avtomobilin xərcinin sığorta şirkəti tərəfindən ödəniləcəyi ilə bağlı razılıq əldə olunduğunu bildirib. Servisin Səbuhi adlı əməkdaşı isə avtomobilin buraxılmasının xahiş olunduğunu və pulun ancaq mart ayının 20-dən sonra ödəniləcəyini deyib. Daha sonra servisin məsul şəxsi olan Nazim müəllimlə görüşən jurnalistə verilən cavab onu şoka salıb. "Sizin iki yolunuz var. Əgər girovunuzu istəyirsinizsə o zaman avtomobil burda qalmalıdır. Ya da gedib sığortadan pulunuzu tələb edin".
Yenidən sığorta şirkətinin Pərvin adlı əməkdaşına zəng edən jurnalistə kobud şəkildə "sən məni aldatmısan. Maşın səndədir. Get məsələni özün həll elə" cavabı verilib. Sanki bu şəxsin sığorta şirkətinə aidiyyatı yoxdur. Hazırda jurnalist çıxılmaz vəziyyətdə qalıb. Borc götürdüyü 2305 manatı nə sığorta şirkəti ödəyir, nə də servis geri qaytarır.

Qeyd edək ki, "Standart İnsurance" sığorta şirkətindən bu ilk şikayət deyil. Jurnalist deyir ki, Pərvin adlı şəxsin yanında olanda digər bir sürücü əsəbi halda neçə gündür aldadıldığını deyirmiş. Sığorta şirkəti isə məbləği gec ödəməsinə əsas kimi hadisələrin çox olduğu və ziyanda olduqlarını əsas gətirir: “Ziyandayıq, pulumuz yoxdur, ödəyə bilmirik”.
Əslində, sığorta şirkətinin “ziyanda” yaxud “xeyir”də olmasının müştəriyə nə aiddiyyəti var?

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident şəhid ailələri ilə telefon söhbətindən DANIŞDI 15 İyul 2020, 21:34 “Ermənistan ordusu layiqli cavabını aldı” - İlham Əliyev 15 İyul 2020, 21:27 Prezident Elmar Məmmədyarovu tənqid etdi -  Mən Xarici İşlər  nazirini tapa bilmədim 15 İyul 2020, 21:18 Generalın ölümü... 15 İyul 2020, 21:10 Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi - FOTO 15 İyul 2020, 21:03 Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər artilleriyadan atəş açıb 15 İyul 2020, 20:57 Moskvada Azərbaycana dəstək aksiyası oldu 15 İyul 2020, 20:43 “Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək” - Müşfiq Məmmədli 15 İyul 2020, 20:30 Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı məlumat yayanlar saxlanılıb 15 İyul 2020, 20:15 “Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir” - Deputat 15 İyul 2020, 20:01 Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb 15 İyul 2020, 19:20 “Ordu barədə təxribatçı məlumat yayan şəxs axtarışa verilsin” - TƏKLİF 15 İyul 2020, 19:08 Tahir Mirkişili: “Milli maraqlar naminə həmrəylik Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir” 15 İyul 2020, 18:54 Paşinyan Rusiyaya qarşı "ABŞ markalı maşınını" işə saldı 15 İyul 2020, 18:45 Deputat: “Ermənistan rəhbərliyi hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşır” 15 İyul 2020, 18:40 Milli Məclis binasına dəyən zərərin məbləği AÇIQLANIB 15 İyul 2020, 18:33 Baş nazir QƏRARINA dəyişiklik etdi 15 İyul 2020, 18:28 Xanım deputatlar şəhid generalın ailəsində olublar 15 İyul 2020, 18:22 Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapıldı 15 İyul 2020, 18:16 Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı 15 İyul 2020, 18:10 Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin onlayn iclasını çağırdı 15 İyul 2020, 18:05 Dolların sabahkı məzənnəsi açıqlandı 15 İyul 2020, 18:00 Azərbaycan Prezidentinin köməkçisi erməni naziri debatda ifşa etdi - VİDEO 15 İyul 2020, 17:54 Kriminal avtoriteti öldürən şəxs həbs edildi 15 İyul 2020, 17:48 Kimlər MİQ imtahanında iştirak edə bilməyəcək - rəsmi açıqlama 15 İyul 2020, 17:42 Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA 15 İyul 2020, 17:36 Tovuzda ermənilərin öldürdüyü mülki şəxsə görə CİNAYƏT İŞİ açıldı 15 İyul 2020, 17:30 Müəllimlərin işə qəbulu imtahanları bu tarixdə keçiriləcək 15 İyul 2020, 17:25 Komitə sədri: “Parlamentə dünənki hücum arxadan vurulan xəyanətkar zərbəsi idi” 15 İyul 2020, 17:20 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli 15 İyul 2020, 17:15 Tovuzda jurnalistlərin və deputatların olduğu əraziyə atəş açıldı 15 İyul 2020, 17:10 DİN təxribatçı ilə bağlı araşdıma aparır - VİDEO 15 İyul 2020, 17:05 Ermənistan vətəndaşı Azərbaycana keçdi - VİDEO 15 İyul 2020, 17:00 İndi 1990-cı illərin əvvəlləri deyil ki... 15 İyul 2020, 16:55 İstanbulda Azərbaycana dəstək mitinqi keçiriləcək 15 İyul 2020, 16:50