Arxiv
10 mart 2019, 14:10 | ƏDƏBİYYAT
Özündən sonra 3 oğlu da dünyadan köçən şair...  

Cabir Novruzun 86 yaşına...

Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz…

Dünya çox qəribə məkandır. Burada mövcud olan hər ölkənin, hər dövlətin öz qanunları olsa da, fəqət dünyanın da yazılmayan qanunları var. Yaradır, bəsləyir, sonda bir ovuc torpağa çevirir, qalanı isə xatirələrdir… 

Bəli, bu dünyada Cabir Novruz imzasını bütün ölkəyə tanıtdıran bir insan var idi. O, imzasını sevdirirdi, imzası da onu. 1933-cü ildə dünyanın iki diktatorun əlində girinc qaldığı vaxtlarda anadan olmuşdu. Yeniyetmə çağları aclıq, müharibə illərinə düşdü, çox əziyyətlərə sinə gərdi. Hitlerin məhvindən bir qədər sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikimuna daxil olub, orada oxudu, oranı bitirdi. Stalinin vəfatından bir il əvvəl isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunsa da, diktatorun öldüyü il Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərildi və 1957-ci ildə ali təhsilini başa vurdu… 

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz, 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin katibi olub.

Yaşadığı dövrdə "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına və prezidentin fərdi təqaüdünə layiq görülüb... 

Bəli, dünyanın yazılmayan qanunları var, hökm gəldisə, ömür bitir. Cabir Novruz 2002-ci il dekabrın 12-də, ömrünün 70-ci ilində vəfat edib. Özü dünyada olmasa da imzası hələ də yaşayır...

"Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam"- deyən şairin özündən sonra bu dünyada yadigar saxladığı üç oğlu - Mirzə, Vüqar, Müşfiq də müxtəlif vaxtlarda vəfat etdi…


Martın 12-si Cabir Novruzun doğum günüdür. Yaşasaydı 86 yaşını qeyd edəcəkdi. Onu ehtiramla anır, ruhuna Allahdan rəhmət diləyirik...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00 Seçkinin nəticələri TƏSDİQLƏNDİ 22 Fevral 2020, 18:00 Su quyusunda meyiti tapılan ana və azyaşlı oğlu ilə bağlı rəsmi MƏLUMAT  22 Fevral 2020, 17:52 MSK beynəlxalq qrossmeysterin anasının şikayətinə BAXDI 22 Fevral 2020, 17:46 Pakistandan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı QƏTNAMƏ 22 Fevral 2020, 17:42 İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi 22 Fevral 2020, 17:36 Orduxan Qarabağ mitinqini çəkdiyinə görə Meydan TV-yə qarşı çıxdı 22 Fevral 2020, 17:30 Video bu dairədəki məntəqənin ləğvinə səbəb oldu 22 Fevral 2020, 17:28 Şənbə etüdləri – Şöhrət Eyvazov yazır 22 Fevral 2020, 17:24 MSK 28 saylı Sabunçu seçki dairəsindən şikayəti təmin etmədi 22 Fevral 2020, 17:19 Daha bir dairədə araşdırma gedir 22 Fevral 2020, 17:12 Prezident yol tikintisi işçilərini təltif etdi - SİYAHI 22 Fevral 2020, 17:07 Sevinc Fətəliyevanın lider olduğu dairədən daha bir şikayətə BAXILDI 22 Fevral 2020, 17:02