Modern.az

Rəsmi qurumlar Mətbuat Şurasının “qara siyahı”sındakı nəşrləri boykot edə bilər

Rəsmi qurumlar Mətbuat Şurasının “qara siyahı”sındakı nəşrləri boykot edə bilər

27 Mart 2019, 15:14

"Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları"nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə hazırda 82 nəşrin adı  Mətbuat Şurasının  "qara siyahı"sındadır. Onların arasında qəzetlər də var, jurnallar da... Son vaxtlar isə bəzi saytlar da "qara siyahı" salınıb.


Maraqlıdır,  dövlət qurumları adları Mətbuat Şurasının  "qara siyahı”sına düşən qəzet, jurnal və saytların sorğusuna cavab verməkdən imtina etməlidirlərmi?

Mətbuat Şurası İdarə Heyətinin üzvü,  qurumun  “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədri , “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Modern.az-a bu mövzuda danışıb:


“Dövlət qurumları Mətbuat Şurasının  “qara siyahı”sına daxil olan KİV-lərin sorğusuna cavab verməyə də bilər”.

V.Rəhimzadə qeyd edib ki, həmin mətbuat orqanları ilə əməkdaşlıq etmək və ya etməmək rəsmi qurumların  öz işidir:

“Bununla bağlı kimsə inzibati qaydada məhdudiyyət qoya bilməz. Mətbuat Şurasının  KİV-lər haqqında qərarları ictimai qınağa söykənən qərarlardır. “Qara siyahı”ya düşən mətbu orqanların peşə və davranış qaydalarını davamlı şəkildə pozduğunu təsdiq edirik. Bu haqda mövqeyimizi ictimai qınaqla reallaşdırırıq. Biz hər hansı şəkildə həmin KİV-lərə təzyiq göstərə bilmərik, fəaliyyətini dayandırası deyilik. Eləcə də həmin mətbu orqanların dövlət qurumlarına sorğu göndərməsinə, qurumların onlara cavab verib-verməsinə qarışmırıq. Dövlət qurumları “qara siyahı”da olan KİV-lərin sorğusuna cavab verə də bilər, verməyə də bilər. Biz isə sadəcə həmin KİV-lərin siyahısını dərc edirik ki, cəmiyyətə məlum olsun”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi