Modern.az

Döyüldüyü deyilən şagird barədə məktəbdən AÇIQLAMA: “Özünü pis hiss edib və yıxılıb”

Döyüldüyü deyilən şagird barədə məktəbdən AÇIQLAMA: “Özünü pis hiss edib və yıxılıb”

Təhsil

12 Aprel 2019, 13:07

Bakıda şagirdin müəllimi tərəfindən döyüldüyü deyilir.

Səhiyyə Nazirliyindən bildirilib ki, şagird kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Döyüldüyü deyilən yeniyetmənin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbin şagirdi olduğu və hadisənin məktəbdə baş verdiyi bildirilir.

Modern.az saytı məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxlamağa çalışıb.

321 nömrəli tam orta məktəbdən saytımıza verilən məlumatda qeyd olunur ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb.

“Şagirdin halı pisləşdiyi üçün başı dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.

Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi