Modern.az

Burada Ceyhun Bayramovun adını çəkməliyəm - Təhsil naziri

Burada Ceyhun Bayramovun adını çəkməliyəm - Təhsil naziri

Təhsil

Bu gün, 11:29

“Kiçik addımlarla başlayıb, sonra irəliləyirsən”.

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Emin Əmrullayev bildirib ki, təhsil sistemində uzunmüddətli inkişafla yanaşı, qarşıya çıxan problemlərin çevik həlli də nəzərə alınmalıdır:


“Uzunmüddətli perspektivdə yenə də bərabərlik problemi ilə qarşılaşırıq, daha mürəkkəb məsələləri həll etmək problemi ortaya çıxır və nəticədə geridə qalmaq riski yaranır. Bizim də məhz etməyə çalışdığımız şey budur. Düşünürəm ki, son 10 ildən çox ərzində Azərbaycanın təhsil sistemi bu iki yanaşmanı tarazlaşdırmağa çalışırdı.  Bir tərəfdən çox güclü pilot layihə yanaşması tətbiq olunurdu - yəni bütün sistem üçün edə bilmiriksə, heç olmasa edə biləcəyimiz yerlərdə edək. Eyni zamanda nəzərə alınırdı ki, biz PISA, PIRLS, TIMSS və digər beynəlxalq qiymətləndirmələrdə nəticələrimizi yaxşılaşdırmalıyıq. İndi soruşsanız, deyə bilərəm ki, hər iki istiqamətdə kifayət qədər gözəçarpan irəliləyişlərimiz var. Yaxşı bir misal göstərim. 10 ildən çox əvvəl “Rəqəmsal bacarıqlar” layihəsinə başlayanda - burada cənab Ceyhun Bayramovun adını çəkməliyəm, o vaxt Elm və Təhsil naziri idi - biz 5 min şagirdlə başladıq. İndi isə 600 min şagirdə çatmışıq".

Nazir bu göstəricilərin ciddi uğur olduğunu nəzərə çatdırıb.

"Və ya Azərbaycanda STEAM istiqamətinə başlayanda cəmi 50-yə yaxın məktəb və bir neçə min şagird var idisə, indi 300 mindən çox şagird haqqında danışırıq. Yəni kiçik addımlarla başlayıb, sonra irəliləyirsən. Amma bünövrəyə baxdıqda, son PISA nəticələrimiz harada olduğumuzu göstərən çox yaxşı bir ayna rolunu oynayır. Xüsusilə riyaziyyat üzrə - hansı ki, bu sahədə, xüsusən ölçüsü və əhalisi baxımından müəyyən ölkələrlə müqayisə oluna bilən Bakıda olduqca yaxşı nəticələr görürük. Yüksək nəticə göstərənlərin payı 8-10 faizə çatır ki, bu da çox güclü bir göstəricidir. Bu o deməkdir ki, hər il minlərlə belə gənc yetişir. Bu rəqəmi 5 və ya 10 ilə vursanız, ortaya çıxan problemləri düzgün yönəltməklə həll edə biləcək kifayət qədər insan resursuna malik olduğumuz görünür”.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada