Modern.az

Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirik - Paşinyan

Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirik - Paşinyan

Dünya

Bu gün, 10:55

Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsinin regiondakı infrastruktur əlaqələrini tamamilə açacağını və ölkəsinin yeni nəqliyyat marşrutlarına çıxış əldə edəcəyini bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən “Concordia” illik sammitinin panel müzakirəsində danışıb.

Baş nazir bildirib ki, hazırda Ermənistan “Tramp yolu” layihəsinin həyata keçirilməsinə diqqət yetirir.

“Layihənin həyata keçirilməsi nəticəsində regional infrastrukturu tamamilə açacağıq. Çünki Ermənistan 1990-cı illərin əvvəllərindən faktiki olaraq blokadadadır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, ilk növbədə Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi yaradılacaq.

“Bizim ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz olacaq. Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını səbirsizliklə gözləyirik və bu çərçivədə Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin də açılmasını gözləyirik”, – Paşinyan deyib.

Ermənistan hökumət başçısı hesab edir ki, layihə daha geniş mənada beynəlxalq logistikanı da dəyişə bilər.

“Beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut, yeni yol əldə edəcək”, – deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənilərdən Putinə həyasız çağırış - Qarabağı bizə qaytar!