Arxiv
30 Avqust 2019, 19:15 | TƏHSİL
BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb - FOTO

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) bağlanış mərasimi keçirilib.


Modern.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev dörd gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə Bakı Dövlət Universitetinin tələbə, magistr və doktorantları üçün riyaziyyat üzrə məktəblərin təşkil olunması təklifini irəli sürüb.

 

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın faydalı olduğunu bildirib və təqdim olunan məqalələrin toplu şəklində və indekslənən jurnallarda nəşr olunacağını haqqında məlumat verib.


Sonra beynəlxalq konfransın bölmə iclaslarına rəhbərlik edən yerli və xarici alimlərin hesabatları dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən qonaqlar, konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara, universitet rəhbərliyinə minnətdarlıq ediblər.

 

Bağlanış mərasimində rektor Elçin Babayev Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyətinin fəxri prezidenti, tanınmış alim, bacarıqlı elm təşkilatçısı Hilmi Hacısalihoğlunu “Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə, Azərbaycan riyaziyyatçılarına göstərdiyi xüsusi diqqət və qayğıya görə” “BDU-nun Fəxri diplomu” ilə təltif edib.

 

Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı Təşkilat Komitəsi tərəfindən konfransın təşkilində göstərdikləri xidmətlərə görə sertifikata layiq görülüblər.

 

Qeyd edək ki, Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfransda Cəbr, Topologiya, Riyazi analiz və differensial tənliklər, Statistika, Tətbiqi Riyaziyyat, Riyazi təhsil, Diskret Riyaziyyat, İnformasiya təhlükəsizliyi, Həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı 43 ölkədən daxil olmuş 243 elmi məruzə dinlənilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin göstərişilə diplomatik korpus nümayəndələri Qarabağa getdilər 6 mart 2021, 09:00 Alimlər Yer kürəsi yaxınlığında nəhəng planet aşkarladılar 6 mart 2021, 08:56 ABŞ prezidenti Ərdoğana zəng edəcək 6 mart 2021, 08:51 Bayden İrana qarşı sanksiyaları daha 1 il uzatdı 6 mart 2021, 08:46 Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24