Arxiv
18 Sentyabr 2019, 19:53 | AKTUAL
Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA

Sentyabrın 18-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

 

Ümumi sahəsi 12000 kvadratmetr olan həyət Xətai rayonu, Lütfi Zadə 10, M.Rüstəmov 21, Sarayevo 19 ünvanlarında 2500 nəfər sakinin yaşadığı beş 9 mərtəbəli və iki 16 mərtəbəli binaları əhatə edir.

 

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

 

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları və uşaqlar üçün oyun meydançası salınıb.

 

Eyni zamanda, ərazidə velosiped yolu, 10 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

 

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac, gül kolları əkilib və 4500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

 

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuzuncu həyətdir.

 

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48 Rauf Əliyev seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 17:42 İcra Hakimiyyəti “Bu şəhərdə”yə konsert keçirməyə icazə vermədi 22 Yanvar 2020, 17:36 Azərbaycan və Monqolustan prezidentləri görüşüblər 22 Yanvar 2020, 17:30 İlham Əliyev Polşa prezidenti ilə görüşüb 22 Yanvar 2020, 17:23 Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: “9 milyon manatlıq elektron sistem niyə işləmir?” 22 Yanvar 2020, 17:16 Vilayət Eyvazov kollegiya iclası keçirdi - “Qarşıda çox mühüm vəzifələr durur” 22 Yanvar 2020, 17:09 Yeni məktəbli formalarının təsvirləri təqdim OLUNDU 22 Yanvar 2020, 17:02 Pensiya artan insanların sayı - RƏQƏMLƏR  22 Yanvar 2020, 16:56 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - TARİXLƏR 22 Yanvar 2020, 16:50 Seçkiyə müdaxilə etmədiyinə görə işdən çıxarıldığı deyilən icra nümayəndəsi Modern.az-a DANIŞDI 22 Yanvar 2020, 16:43 Qaradağda məslunlaşmış məcburi köçkünlərdən Mahir Abbaszadəyə dəstək 22 Yanvar 2020, 16:36 Cavanşir Paşazadə Həzi Aslanovun ev muzeyində olub - FOTOLAR 22 Yanvar 2020, 16:30 İlham Əliyev: “Prezident Administrasiyasında yeni insanlar lazımdır”  22 Yanvar 2020, 16:24 Konstitusiya Məhkəməsinin sədrinin telefonu dinlənilir 22 Yanvar 2020, 16:17
SORĞU Yeni parlamentdə kimlər olsun?