Arxiv
20 Sentyabr 2019, 17:25 | AKTUAL
İlham Əliyev neftçiləri təbrik etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

 

"Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

“Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29