Arxiv
20 Sentyabr 2019, 19:31 | AKTUAL
Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb.

 

Modern.az xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

 

Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir.

 

Vüqar İbadov fotosərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin reallaşdırdığı layihədir. Bu sərgidə yer alan fotoların ərsəyə gəlməsinə bir il vaxt sərf edilib. Biz bu müddət ərzində ölkəmizin bir sıra regionlarında olmuşuq. Demək olar ki, bütün fəsillərdə rayonlarda və ucqar kəndlərdə çəkilişlər aparmışıq. Bu sərgidə həm də biz ölkəmizin tolerant dəyərlərini göstəririk. Fotosərgi bundan əvvəl Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub. Bu işin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk”.

 

Zaur Mirzəyev layihə ilə bağlı məlumat verərək deyib ki, hələ çəkilişlərə 2016-cı ildən başlanılıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar haqqında ekranlaşdırılan “Bir günəş altında” filminin çəkilişləri zamanı bu layihəyə start verilib. Sərgidən gördüyünüz kimi, biz müxtəlif bölgələrdə yaşayan azsaylı xalqların tanınmış və yaşlı nəslinin nümayəndələrinin şəkillərini də çəkmişik. Layihənin məqsədi ölkəmizdə tolerant və multikultural ənənələri çəkib göstərmək, təbliğ etməkdir.

 

Layihənin reallaşdırılması zamanı filmin lentə alındığı bütün regionlarda fotoçəkilişlər aparılıb, fərqli etnik qruplara aid insanların həyatının bir anı əks olunub.

 

Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.

 

Qeyd edək ki, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində “Bir günəş altında” adlı film ərsəyə gətirmiş, filmdə Azərbaycanda yaşayan 17 xalqın nümayəndələrinin həyat və məişətini, mədəniyyət və incəsənətini nümayiş etdirmişdi. Mərkəzin əməkdaşları adıçəkilən layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, bu gözəl təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib.

 

Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15