Modern.az

Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq

Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq

Aktual

Bu gün, 11:43

Milli Fəaliyyət Planında rəqabət sahəsində tədqiqat mərkəzinin təsis edilməsi, rəqabət hüququ mövzularının ali təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

"Rəqabət risklərinin qabaqcadan müəyyənləşdirilməsi və əsaslandırılmış siyasət qərarlarının hazırlanması effektiv hüquqi çərçivə ilə yanaşı, həm də güclü elmi-analitik baza, peşəkar bilik və yüksək rəqabət mədəniyyəti ilə mümkündür. Bu baxımdan rəqabət qanunvericiliyinin səmərəli tətbiqi, bir tərəfdən, onun prinsiplərini sahibkarlar və istehlakçıların düzgün başa düşməsini, digər tərəfdən isə mürəkkəb bazar münasibətlərinə dair qərarların etibarlı məlumatlara və müasir iqtisadi təhlil metodlarına əsaslanmasını tələb edir", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, Milli Fəaliyyət Planında rəqabət sahəsində tədqiqat mərkəzinin təsis edilməsi, bazarların diaqnostikası üzrə metodologiyanın təkmilləşdirilməsi və rəqabət iqtisadiyyatı və rəqabət hüququ mövzularının ali təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur: "Hesab edirəm ki, elmi ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsi rəqabət siyasətinin keyfiyyətinə və mütəxəssis hazırlığına uzunmüddətli töhfə verəcək. Bununla yanaşı, rəqabət siyasətinin səmərəliliyi yalnız bilik və analitik imkanlarla deyil, bazar iştirakçılarının qanunvericiliyə münasibəti və dövlətlə biznes arasında formalaşan əməkdaşlıq mühiti ilə də müəyyən olunur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!