Bakının "Sabah" komandasının Çempionlar Liqasınən əsas mərkələsində qazandığı dünənki qələbə sayəsində Azərbaycan UEFA reytinqində öz mövqeyini yaxşılaşdırıb.
Modern.az xəbər verir ki, "Sabah"ın "Slaviya" (Praqa) klubuna 2:0 hesabı ilə qalib gəlməsi ölkəmizin aktivindəki xalları artırıb.
Belə ki, bu qələbə Azərbaycanın reytinqinə 0,500 əmsal əlavə edib. Bununla da ölkəmizin xal ehtiyatı 24,187-yə yüksəlib və Azərbaycan bir pillə irələləyərək 24-cü yerdə qərarlaşıb.
UEFA-nın ölkələr üzrə reytinq siyahısına isə 104,019 xalla İngiltərə başçılıq edir.