Ukraynanın Xarkov vilayətində naməlum şəxs 5 hərbçini güllələyərək öldürüb.
Modern.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri yerli polisə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 13-də baş verib. Naməlum şəxs avtomat silahdan atəş açaraq 5 ukraynalı hərbçini öldürüb.
Ukrayna polisinin media məzmunu idarəsinin rəhbəri, polkovnik-leytenant Viktoriya Ponomaryova hadisəni təsdiqləyib.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Hazırda hüquq-mühafizə orqanları cinayəti törədən şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.
Hadisənin motivi hələlik məlum deyil.