Modern.az

Türkiyə ilə sərhəd istənilən an açıla bilər - Ararat Mirzoyan

Türkiyə ilə sərhəd istənilən an açıla bilər - Ararat Mirzoyan

Aktual

Bu gün, 12:10

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün artıq reallığa çevrildiyini, lakin prosesin tam başa çatması üçün müəyyən addımların atılmalı olduğunu bildirib.

Modern.az xəbər verir ki, nazir bu barədə Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.

“Azərbaycanla sülhümüz var, baxmayaraq ki, hələ bir neçə addım atılmalıdır”, – deyə Mirzoyan qeyd edib.

Ermənistanın xarici işlər naziri Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də ciddi irəliləyiş əldə olunduğunu vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında sərhəd hələ də bağlıdır, lakin münasibətlərin normallaşdırılması prosesi artıq kifayət qədər irəliləyib.

“Tamamilə mümkündür ki, sabah səhər yuxudan oyananda xəbərlərdə Ermənistan-Türkiyə sərhədinin açıldığı barədə başlıq görək”, – deyə Mirzoyan bildirib.

Nazir Ermənistanın qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmaq niyyətində olduğunu və bu prosesin ölkənin Avropa İttifaqına inteqrasiya siyasətindən asılı olmadığını da qeyd edib.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədi 1993-cü ildən bağlıdır. İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!