Arxiv
10 Oktyabr 2019, 17:41 | AKTUAL
Allahşükür Paşazadə səfirlə Keşikçidağ məktubunu müzakirə etdi

Oktyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı QMİ sədri səfirə noyabrın 14-15-də Bakıda keçiriləcək Dünya dini liderlərinin II Sammiti barədə ətraflı məlumat verib, Patriarxın rəhbərliyi ilə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlərdən danışıb.

 

Səfir, öz növbəsində, Gürcüstan Baş Nazirinin Azərbaycana dünənki uğurlu səfəri barədə təəssüratlarını Şeyxülislamla bölüşüb.

 

Daha sonra Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələri barədə söhbət olub. Bildirilib ki, tarixin sınaqlarından keçmiş bu əlaqələr hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz və dini liderlərin müdrikliyi sayəsində yüksək səviyyəsini qoruyub saxlaya bilib. QMİ sədri Ümümgürcüstan Patriarx-Katolikosu II İliya həzrətlərini 40 il ərzində tanıdığını, onun müdrikliyinin və üzagörənliyinin hər zaman şahidi olduğunu bildirib. Dost və qardaş adlandırdığı Patriarxa sonsuz ehtiramı və böyük etimadı olduğunu vurğulayan Şeyxülislam, Qafqaz ağsaqqalı kimi Patriarxın bölgə üçün ən çətin zamanlarda nümayiş etdirdiyi müdrikliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə verdiyi töhfələri, Qafqaz dini liderlərinin sülhməramlı danışıqlarında vasitəçi kimi çıxış etdiyini yüksək dəyərləndirdiyini vurğulayıb.

 

Görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələ müzakirə olunub və Patriarxın Şeyxülislam A. Paşazadəyə ünvanlı son məktubu ətrafında da fikir mübadiləsi olub. Səfirlə söhbətində QMİ sədri Keşikçidağ məsələsinin dövlətlərarası xarakter daşıdığını vurğulayaraq, məsələnin Azərbaycanın suverenliyi çərçivəsində, müvafiq hökumətlərarası komissiyalar tərəfindən Azərbaycan-Gürcüstan xalqları və dövlətləri arasında mövcud ənənəvi dostluq, qardaşlıq, mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu bildirib. 

 

Bu əsnada, Şeyxülislam səfirə Patriarx II İliya həzrətlərinin bu ilin may ayında verdiyi, Gürcü Patriarxlığının rəsmi vebsaytında yer alan bəyanatını xatırladıb. Bir neçə ay bundan əvvəl Keçikçidağ kompleksi ətrafında yaranmış məsələ ilə bağlı açıqlamasında Patriarx II İliya bildirib ki, “təəssüflər olsun ki, baş verənləri analiz edərkən, Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvənin öz hədəflərinə çatmaq üçün kilsə məsələsindən istifadə etməsi təəssüratı yaranır... Lakin təxribatlara asanlıqla uymaq lazım deyil”.

 

Dəvətə görə Şeyxülislam A.Paşazadəyə təşəkkür edən səfir Keşikçidağ ətrafındakı məsələnin hökumətlərarası komissiyalar tərəfindən həlli üzərində iş getdiyini, irəliləyiş olduğunu, danışıqlar vasitəsilə məsələnin addımbaaddım yoluna qoyulacağını bildirib. Yekdil qənaətə gəlinib ki, bu kimi məsələləri qızışdıran kənar qüvvələr məkrli niyyətlərə xidmət edirlər. Səfir hansısa maraqlı qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərinə hər hansı sahədə xələl gətirməsinə imkan verilməyəcəyini vurğulayıb və bu işdə Azərbaycan və Gürcüstan dini liderlərinin müdrikliyinə əmin olduğunu bildirib. Görüşün sonunda səfir Şeyxülislamın salamlarını və görüş barədə məlumatları Patriarx II İliya həzrətlərinə şəxsən yetirəcəyini diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyləqan İcra Hakimiyyəti “Aprel döyüşləri” qazisini TANIMADI: “Lələtəpəyə bayraq sancanın o adam olduğunu bilmirik” 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15 Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb 16 Dekabr 2019, 11:13 Bakıda məşhur məmur vəfat etdi - FOTO 16 Dekabr 2019, 11:07 “İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat 16 Dekabr 2019, 10:58 Nazirlik Qusardakı kütləvi zəhərlənmə ilə bağlı məlumat YAYDI 16 Dekabr 2019, 10:55 Ərdoğan ABŞ və Rusiyanı İTTİHAM ETDİ 16 Dekabr 2019, 10:50 İcra Hakimiyyətinin şöbə müdiri ÖZÜNÜ ASDI- FOTO 16 Dekabr 2019, 10:44 Sabunçuda yollar “güldü, çiçəkdi”... - FOTOLAR 16 Dekabr 2019, 10:42 Bibiheybətdəki çökən yol yenidən qurulacaq - LAYİHƏ 16 Dekabr 2019, 10:40 Qusarda kütləvi ZƏHƏRLƏNMƏ 16 Dekabr 2019, 10:36 Bakıda 7 nəfər liftdə qalıb 16 Dekabr 2019, 10:35 Apteklərdə satılan “Foden” əmtəə nişanlı qida əlavəsi saxtalaşdırılırmış 16 Dekabr 2019, 10:31 Elmar Qasımov şagirdləri ilə görüşüb - FOTO   16 Dekabr 2019, 10:30 Bakıda nənə və nəvəsi dəm qazından boğulub 16 Dekabr 2019, 10:21 Cocuq Mərcanlıya marşrut xətti AÇILIR 16 Dekabr 2019, 10:15 İcra başçısı şəhər gəzintisinə çıxıb - FOTOLAR 16 Dekabr 2019, 10:08 “Əlif Hacıyev - Qarabağın cəngavəri” filmi nümayiş etdirildi 16 Dekabr 2019, 09:44 Bakıda evdən meyit tapıldı 16 Dekabr 2019, 09:31 Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ 16 Dekabr 2019, 09:23 Mövqelərimiz atəşə tutuldu 16 Dekabr 2019, 09:23 Şərq dalğasının Qərb qayasına çırpındığı an - TƏHLİL 16 Dekabr 2019, 09:18 Şəmkirdə ev yandı 16 Dekabr 2019, 09:12 Qarabağ döyüşçüsünün Harvard Universitetinə qəbul olunan qızı: “Zəhmətim yerdə qalmadı” - MÜSAHİBƏ 16 Dekabr 2019, 08:41 2019-cu ilin Azərbaycan mediası: “BİR İL DƏ BELƏ GETDİ...” 16 Dekabr 2019, 08:19 Jurnalist Elşad Paşasoyun anası vəfat etdi 16 Dekabr 2019, 08:05 Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 344 region sakini pulsuz hüquqi yardım alıb 16 Dekabr 2019, 00:06 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19