Arxiv
19 Oktyabr 2019, 15:28 | AKTUAL
Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq”

2020-ci il üçün Azərbaycan Respublikasın müdafiə və milli təhlükəsizlik xərclərinə 3 milyad 853 milyon 600 min manat vəsait nəzərdə tutulub. Gələn il üçün proqnozlaşdırılan müdafiə xərcləri 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur.

 

Bəs görəsən hərbi müdafiə xərclərinin artması ölkədə müharibənin başlamasına zəmin yaradacaqmı?

 

Məsələ ilə bağlı  Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a açıqlamasında bildirib:

“Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, hər zaman müharibənin başlaması məsələsi gündəmdə qalacaqdır. Düşünmürəm ki, bu dəfəki büdcə artımı Azərbaycanın müharibəyə başlayacağına bir işarə olsun. Çünki hər zaman Azərbaycan büdcəsində dinamik olaraq, hərbi xərclər artır.Ordunun texniki təchizatı və  kadr resursları yaxşılaşdırılır. İşğalda olan bir ölkənin hərbi xərclərini artırması təbii bir hal hesab etmək olar. Ancaq hazırkı vəziyyətdə xüsusi bir məna axtarmaq da düzgün deyil. Biz bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısındadı və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu dost və düşmən də çox yaxşı bilir”.

 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hərbi xərclərin artırılmasını sosial təyinatlı xərclər olduğunu qeyd edib:

“Azərbaycan müharibə şəraitindədir, hər zaman da müharibəyə hazırdır. Öz torpaqlarını azad etməkdən ötrü, ərazi bütövlüyünün bərpası  üçün , gündəlik döyüş hazırlığını yüksəldir. Bütün bu hazırlıqlar bir istiqamətə yönəlir ki, müharibə ilə də olsa öz torpaqlarını geri qaytarsın. O ki, qaldı büdcənin artırılmasına, mən deməzdim ki,  bu dəqiqə müharibəyə hazırlaşır. Azərbaycan 50 ən güclü silahlı qüvvələr olan dövlətlərin içərisində özünəməxsus yer tutub. Ölkənin hazırda güclü ordusu və texnikası var. Biz bunları  keçirilən təlimlərdə də görürük. Yəqin ki, hansısa bir sazişlər var ki, daha müasir silahların alınmasına təlabatın olduğuna zəmin yaradır. Hərbi xərclərin də kifayət qədər artması bu zərurətdən yaranır ”.

 

Hərbi ekspert bu xərclərin artırılması, döyüş hazırlığını yüksəltmək üçün bir təkan rolunu oynadığını düşünür:

“Kadr potensialı hazırlığını daha da keyfiyyətli etmək üçün nəzərdə tutulub. Köhnə silahlar yenilənir və müasir silahların alınması isə müəyyən xərc tələb edir. Hər hansı bir dövlətin hərbi xərcləri artırsa, bu onun iqtisadi potensialının artmasının göstəricisidir. Çünki dövlətin iqtisadi potensialı artırsa, öz silahlı qüvvələrinin büdcəsini artırmağa imkan verir. Ancaq bu ona əsas vermir ki, sabah müharibə olacaq. Öz ordusunu və texnikasını yeniləməlidir ki, müharibə də olanda qələbə qazana bilsin”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı 25 Noyabr 2020, 20:55 İcra başçısı özünə yeni müavin təyin etdi 25 Noyabr 2020, 20:46 Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:38 “France-24” Kəlbəcər haqqında reportaj hazırladı - FOTOLAR 25 Noyabr 2020, 20:30 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52 Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev 25 Noyabr 2020, 16:47
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?