Modern.az

Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

14 Noyabr 2019, 20:03

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşmada milli komandamız  Lixtenşteyni qəbul edib. Oyun Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.


Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi  6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi