Modern.az

Portuqaliya AVRO-2020-yə yüksəldi

Portuqaliya AVRO-2020-yə yüksəldi

Aktual

17 Noyabr 2019, 20:11

AVRO-2020-nin seçmə mərhələsində X tura start verilib.

Modern.az xəbər verir ki, B qrupunda  Portuqaliya Lüksemburqla qarşılaşıb. Lüksemburq üzərində qələbə qazanan Portuqaliya qrupda ikinci yeri tutaraq qitə çempionatına vəsiqə qazanıb.

Birinci yeri öncədən təmin edən Ukrayna isə Serbiyanın qonağı olub. Portuqaliyanın xal itkisinə ümid edən meydan sahibləri qələbəni son dəqiqələrdə əldən verib – 2:2. Ukrayna isə tsikli məğlubiyyətsiz başa vurub. Birbaşa vəsiqə qazana bilməyən Serbiya pley-offda mübarizə aparmalı olacaq.

Qeyd edək ki, Portuqaliyaya qədər 16 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, İsveç, Finlandiya, Xorvatiya, Almaniya, Hollandiya və Avstriya  vəsiqə qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi