Modern.az

Melaniya Rusiya və Ukrayna nümayəndələrini Ağ Evə dəvət edəcək

Melaniya Rusiya və Ukrayna nümayəndələrini Ağ Evə dəvət edəcək

Dünya

Bu gün, 17:45

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələri ilə Ağ Evdə şəxsən görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Melaniya Tramp Rusiya və Ukrayna arasında müstəqil şəkildə dialoq yaradıb və Ukraynanın Oleşki şəhərində müvəqqəti atəşkəsin əldə olunmasına vasitəçilik edib.

Ağ Ev bu təşəbbüsü ABŞ tarixində mühüm hadisə kimi qiymətləndirib.

Məlumata görə, noyabrın 5-də Bakı vaxtı ilə saat 20:00-da Melaniya Tramp Ağ Evdə çıxış edərək həyata keçirilən humanitar missiya barədə açıqlama verəcək.

Qeyd edək ki, oktyabrın 23-də Ağ Ev Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Xerson vilayətinin Oleşki şəhərində müvəqqəti atəşkəs barədə razılıq əldə edildiyini açıqlayıb.

Oktyabrın 29-dan qüvvəyə minməsi nəzərdə tutulan razılaşma şəhərə humanitar yardımların çatdırılmasını və mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək məqsədi daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...