Modern.az

Siyavuş Novruzov onu “vurdu”: “İnsanları dövlətdən narazı salıb”

Siyavuş Novruzov onu “vurdu”: “İnsanları dövlətdən narazı salıb”

19 Noyabr 2019, 13:45

“Həbsdən çıxıb müxalifətə qoşulan elə adamlar var ki, vaxtilə mindən artıq məhkəmə qərarını pozub, yerinə yetirməyib”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Hansı ki, o, Azərbaycan vətəndaşını işə bərpa etməyib və insanları dövlətdən narazı salıb. O, Avropa Məhkəməsinin 5 qərarını yerinə yetirmir. Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtı ilə özü bu əməllərin sahibi olub. O qərarlar vaxtında yerinə yetirilsəydi və yerinə yetirilmədiyi halda ona ciddi şəkildə cəza verilsəydi, bu gün o, başqa cinayətlərə də yuvarlanmazdı. Bu məsələdə ciddiliyi təmin etmək lazımdı”, - S.Novruzov əlavə edib. Qeyd edək ki, deputat ittiham etdiyi şəxsin adını çəkməyib.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi