Arxiv
22 Noyabr 2019, 18:01 | AKTUAL
Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ

Bu gün Moskvada 10-cu Rusiya-Azərbaycan regionlararası forumu işə başlayacaq. Forum çərçivəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vestnik Kazkaza” saytına Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti barədə kiçik müsahibə verib.

Modern.az həmin müsahibəni təqdim edir.

 

 

-Rusiya ilə Azərbaycan arasında hazırkı ünsiyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycan və Rusiya arasında yüksək nümunəvi münasibətlər ölkələrimiz arasında iqtisadi inkişafa münbit zəmin yaradır. Xüsusən, son illəri Azərbaycan-Rusiya münasibətlərinin sürətli inkişaf dövrü kimi səciyyələndirmək olar. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi kursunun əsasını Azərbaycanın Ümumilli lideri Heydər Əliyev qoyub. Hazrda bu kursu Azərbaycan prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin inkişaf etdirir.

Azərbaycanda 100 mindən artıq Rusiya mənşəli sakinin yaşmasından şadıq və bu Qafqazda ən böyük rusdilli diaspordur. Rusiyada isə öz növbəsində böyük Azərbaycan diasporu yaşayır. Bütün bu amillər bizim çox dərin dostluq münasibətlərində olmağımızdan xəbər verir. Təbii ki, iqtisadi münasibətlər inkişaf etmədən bu mümkün deyil. İqtisadi təmaslar sıxlaşdırqca isə humanitar əlaqələr də möhkəmlənir.

 

-X Rusiya-Azərbaycan regionalarası forumdan hansı gözləntiləriniz var?

-Bu gün və sabah çox vacib məsələlər müzakirə olunacaq. Birinci məsələ Rusiyada da, Azərbaycanda da sərmayə mührinin yaxşılaşmasıdır. Çünki bizim ölkələr digərlərindən ictimai-siyasi sabitliyi ilə seçilir. Sektorlardan biri turizmə həsr olunub. Belə ki, son illər Azərbaycanda da, Rusiyada da turizm sürətlə inkişaf edir. Daha bir mövzu humanitar əlaqələrin möhkəmlənməsidir. Bunun sayəsində hər ay Rusiya və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərini görmək olar.

Bütövlükdə Forumun böyük önəmi var. Düşünürəm ki, həm Azərbaycan, həm də Rysiya ictimaiyyəti bunu anlayır. Əminəm ki, ölkələrimizin həm hökumətləri, həm parlamentariləri, həm də vətəndaş cəmiyyəti bu təmasları qiymətləndirəcək və inkişaf etdirəcək.

 

-Bu gün Rusiya və Azərbaycanın regionları arasında əlaqələr necədir?

-Azərbaycanın Rusiyanın Stavropol diyarından, Volqoqrad, Həştərxan vilayətlərindən tutmuş Dağıstan respublikasından, Sankt-Peterburqa qədər bir çox regionla xüsusi əlaqələri var.  Onlarla əlaqələri yüksəsk qiymətləndiririk. Rusiyanın bütün regionlarından Azərbaycan diasporunun olmasını nəzərə alaraq, onlarla da əlaqələrin möhkəmlənməsi vacibdir. Yuxarıda adıçəkilən regionlarla yaxşı əməkdaşlıq digər regionlarla Azərebaycan arasında iqtisadi əlaqələrə müsbət təsir göstərəcək.

 

Bəs Azərbaycan və Rusiya xalqarı arasında əlaqələri necə səciyyələndirirsiniz?

-Xalqlarımız arasında qarşılıqlı hörmətlə bağlı çox misal çəkmək olar. Rusiyalıların səsverməsi nəticəsində Surqut aeroportuna Fərman Salmanovun adının verilməsini yüksək qiymətləndiririk. Belə hadisələr çox vacibdir. Bundan başqa, “JARA” festivalını da xatırlamaq istərdim. Yəqin ki, həm Azərbaycan, həm də Rusiya ictimaiyyəti razılaşar ki, “JARA” festivalı mədəni əlaqələrimizin inkişafına çox güclü impuls verəcək. Müasir Azərbaycan gəncliyi Rusiya estradasını tanımağa və sevməyə başlayıb. Rusiya sakinləri isə Azərbaycan estradası ilə tanış olublar.   

Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Rusiya jurnalistlərinin fəaliyyətini yüksəsk qiymətləndiririk. Son vaxtlar Azərbaycan haqda bir neçə maraqlı filmlər çəkilib və biz yerli televiziyalarımıza Rusiyadakı azərbaycanlıların həyatı və uğurları barədə filmləer çəkməyə çağırıram. Media ünsiyyətləri çox yaxşı effekt verir. Münasibətlərimizn inkişafına töhfə verən bütün jurnalistlərə böyük minnətdarlıq edirəm və bu sahədə işlərin artan templə getməsini arzulayıram.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27 Deputatlığa namizədlərin SAYI... 25 Yanvar 2020, 12:16 Polis 34 şübhəlini saxladı 25 Yanvar 2020, 12:03 Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” 25 Yanvar 2020, 11:52 Koronavirus sürətlə dünyaya yayılır – Beynəlxalq Fövqəladə vəziyyət oluna bilər 25 Yanvar 2020, 11:33 Azərbaycanda SİBİR SOYUQLARI - 19 dərəcə şaxta olub, qar örtüyü 30 sm-a çatıb  25 Yanvar 2020, 11:18 Naqif Həmzəyev Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb - VİDEO 25 Yanvar 2020, 11:15 Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR 25 Yanvar 2020, 11:10 Bakı sakini Belarus arağından zəhərləndi 25 Yanvar 2020, 11:08 Fəzail Ağamalı 2 kəndin sakinləri ilə görüşdü - VİDEO 25 Yanvar 2020, 10:59 Xırdalanda bu gün işıq kəsiləcək 25 Yanvar 2020, 10:45 Azərbaycanın tarixi və mədəniyyət abidələri “bərpa” etmək adı altında “erməniləşdirilir” - BƏYANAT 25 Yanvar 2020, 10:30 Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR 25 Yanvar 2020, 10:23 Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR 25 Yanvar 2020, 10:12 Naftalan sakini qidadan zəhərlənərək ölüb 25 Yanvar 2020, 10:05 Nazirlik 40 mindən çox şəxsə elektron qaydada müavinət təyin olunub 25 Yanvar 2020, 09:55 Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var 25 Yanvar 2020, 09:46 Kənd sakinlərinin icra başçısından 4 xahişi - FOTOLAR 25 Yanvar 2020, 09:39 Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də   25 Yanvar 2020, 09:30 Ermənilər Baş Qərvəndi atəşə tutdu 25 Yanvar 2020, 09:25 Yerə nəhəng asteroid yaxınlaşır - TƏHLÜKƏ 25 Yanvar 2020, 09:07 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB 25 Yanvar 2020, 08:54 Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29
SORĞU Yeni parlamentdə kimlər olsun?