Modern.az

Azərbaycan qadınları kişilərdən çox yaşayır - ORTA ÖMÜR UZUNLUĞU

Azərbaycan qadınları kişilərdən çox yaşayır - ORTA ÖMÜR UZUNLUĞU

Ölkə

3 Dekabr 2019, 09:03

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda orta ömür uzunluğu ilə bağlı son 5 ilin statistikasını açıqlayıb.

 

Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar dövriliklə əldə edilir:

 

“2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.

 

Onun sözlərinə görə, 2019-cu ilə dair statistik məlumatlar ilin yekununda əldə ediləcək.

 

DSK rəsmisi həmçinin qeyd edib ki, kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi