Arxiv
6 Dekabr 2019, 08:24 | ÖLKƏ
Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Maaş, bayrampulu, tətilpulu, pensiya…- Kimə nə qədər düşür?

Ölkə başçısının imzaladığı sərəncamla 9 fevral 2020-ci il tarixinə Azərbaycanda növbədənkənar parlament seçkisi təyin edilib. Tam tərkibdə yenilənməsi gözlənilən Milli Məclisdəki bir çox pensiya yaşını haqlamış deputatların sabiqlər sırasına qoşulacağı istisna deyil.

 

Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq, deputatların hazırkı maaşı və pensiya təminatını araşdırıb.


Araşdırma zamanı məlum olur ki, hazırda Milli Məclisin sıravi deputatlarının əməhaqqı parlamentin sədrinin maaşının 70 faizi qədər, komitə sədrlərinin maaşı 80 faizi qədər, sədr müavininin maaşı 90 faizi qədər, birinci müavinin maaşı 95 faizi qədərdir.


Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Sıravi deputatın maaşına əsasən aparılan hesablamalarımız göstərir ki, parlament sədrinin rəsmi maaşı 2 471 manat, birinci müavinin rəsmi maaşı 2 347 manat, müavinin rəsmi maaşı 2 224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır.

Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib.


Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3 201 manat, birinci müavinin aylıq gəliri 3 077 manat, müavinin aylıq gəliri 2 954 manat, komitə sədrlərinin aylıq gəliri isə 2 707 manat, sıravi deputatın aylıq gəliri 2433 manat edir.


Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.


Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730*3), parlament sədrində 7413 manat (2 471*3), birinci müavində 7 041 manat (2 347 *3), müavində  6672 manat (2 224 *3), komitə sədrlərində 5 931 manatdır (1977*3) .

 

Adının çəkilməsini istəməyən deputat əməkdaşımıza deyib ki, V çağırış Milli Məclisin bəzi üzvləri bir müddət əvvəl  daha çox tətilpulu və gələcəkdə daha çox pensiya almaq üçün əlavə vəsaitlərin rəsmi maaşa daxil edilməsini təklif etsələr də, məsələyə baxılmayıb.

 

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra- 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Əvvəlkilərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı sayılmırlar.

1995-ci ildən indiyədək təxminən 121 eks-deputat pensiya almaq hüququna malikdir.

“Əmək pensiyaları haqqında” qanunda göstərilib ki, qulluq stajına görə, əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:


-  Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla).


- Əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Milli Məclisin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.


Pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir:

“Çünki onlara deputatıq dövründə verilən əlavələr sığorta stajına yazılır. Pensiya hüquqna malik olan zaman isə həmin əlavələr pensiyaya əlavə edilir”. 


“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 24-1 maddəsinə görə, vəfat etmiş deputatın və sabiq deputatın  ailə üzvlərinin pensiya təminatı aşağıdakı kimi müəyyən edilir:


- Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.


Qanunun 30-cu maddəsinə əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.


Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.


Pensiya yaşına çatmış deputatın iş stajının hesablanması zamanı səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Altıncı söz 24 Yanvar 2020, 09:12 Yeni parlamentdən Qarabağ gözləntiləri: Fraksiya, işğal haqqında qanun, savadlı gənclər və ... 24 Yanvar 2020, 09:00 Bu ölkədə əhalinin sayı sürətlə azalır 24 Yanvar 2020, 08:48 Argentinada güclü zəlzələ olub 24 Yanvar 2020, 08:20 Tramp Netanyahunu qəbul edəcək 24 Yanvar 2020, 08:06 Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28
SORĞU Yeni parlamentdə kimlər olsun?