Arxiv
6 Dekabr 2019, 14:04 | AKTUAL
Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada

Dünyanın ən az ziyarətçisi olan yerlərinə səfərləri ilə daim öz oxucularını təəccübləndirən bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə dünyanın yaşayış olmayan, buzlar ölkəsinə – Antarktidaya yola düşüb. Noyabrın 21-də yola çıxmış yazıçı, öz rəsmi sosial hesabında paylaşdığı məlumata görə, artıq Antarktidadadır.

 

Modern.az xəbər verir ki, səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya Milli parklarını da ziyarət edib. Ümumi ərazisi 2800 kv.km olan, bir zamanlar tamamilə yaşıllıqlarla, gur sulu çaylar və sıx meşəliklərlə örtülmüş Talampaya vadisi müxtəlif dinozavrların məskəni olub, hazırda isə bu vadi hündürlüyü 145 metrə qədər olan qayalıqlardan, daşlıqlardan ibarət susuz, quraq bir səhradır. Milli parkın nəzdində olan muzeylərdə yaşı 300 milyon il əvvələ gedib çıxan çox qiymətli arxeoloji və paleontolji qazıntılar, milyonlarla il əvvəl yaşamış dinozavr qalıqları saxlanılır. Xatırladaq ki, hər iki milli park YUNESKO-nun Dünya İrsinə daxil edilib.

 

Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni üç kilometr, hündürlüyü səksən metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə yarımkürənin ən cənub şəhəri, “dünyanın sonu” adı ilə məşhur olan Uşuayaya yola düşüb. Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.

 

Xatırladaq ki, Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları yerləşir. Yer kürəsində təbiəti ibtidai formasını qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada ibtidai mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər. Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir. Antarktidaya səfər edənlərin bir şüarı olur: ˝Antarktidadan özünüzlə şəkildən, xoş təəssüratlardan, şirin xatirələrdən və gözəl əhval-ruhiyyədən başqa heç nə götürməyin”. Lakin yazıçı qayıtdıqdan sonra öz səfəri barədə geniş məqalə və foto-müsahibələr paylaşacağına söz verib. Biz də ona bu maraqlı və təhlükəli səfərdə uğurlar arzu edirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənlər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31 Rövşən Rzayev köçkünləri qəbul etdi 21 Yanvar 2020, 16:25 Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi 21 Yanvar 2020, 16:20 Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR 21 Yanvar 2020, 16:20 Malik Həsənov Cəlilabadın daha 3 kəndində görüş keçirdi - FOTO 21 Yanvar 2020, 16:15 Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi 21 Yanvar 2020, 16:10 Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR 21 Yanvar 2020, 16:03 Prokurorluq baş redaktora xəbərdarlıq etdi 21 Yanvar 2020, 16:02 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 15:57 Azərbaycanda yol qəzalarında ölənlər artır - RƏSMİ HƏYƏCAN 21 Yanvar 2020, 15:53 Qarabağ qaziləri Fəzail Ağamalıya dəstək verir - VİDEO 21 Yanvar 2020, 15:48 Vilayət Eyvazovdan xəbərdarlıq: “Kobud rəftardan çəkinin, nəzakətli olun” 21 Yanvar 2020, 15:42 Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO 21 Yanvar 2020, 15:35 Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı 21 Yanvar 2020, 15:33 Deputat Trampı öldürənə 3 milyon dollar VƏD EDİR 21 Yanvar 2020, 15:27 Əlilliyin qiymətləndirilməsi qaydaları DƏYİŞDİ  21 Yanvar 2020, 15:26 Nazir müavini: “Ölkəmizdə media təhsili üçün maneə yoxdur” 21 Yanvar 2020, 15:22 Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL 21 Yanvar 2020, 15:18 Saatlılar yenə də akademik Əhliman Əmiraslanova səs verəcəklər - FOTO 21 Yanvar 2020, 15:13 Tağı Əhmədov bəzi deputatları TƏNQİD ETDİ 21 Yanvar 2020, 15:07 Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi DAYANDIRILDI 21 Yanvar 2020, 15:00 Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTO 21 Yanvar 2020, 14:54 Vüsal Qasımlı: “Azərbaycan Davos platformasından səmərəli istifadə edir” 21 Yanvar 2020, 14:53 Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 14:47 Azərbaycan diasporuna güc verəcək iş –   TARİXÇİLƏR DANIŞDI 21 Yanvar 2020, 14:42 Deputatlığa namizəd Məşhur Məmmədov qadın seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 14:35 Ziyalı namizəddən seçicilərinə video müraciət 21 Yanvar 2020, 14:32
SORĞU Yeni parlamentdə kimlər olsun?