Arxiv
6 Dekabr 2019, 17:27 | AKTUAL
Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir

“Hesab edirəm ki, özünü buraxan, indiki parlamentdə “biz prezidentin apardığı islahatlarla ayaqlaşa bilmirik” deyərək etiraf edənlər, faktiki olaraq bu fikirləri söyləyənlər növbədənkənar seçkilərində namizəd olmamalıdırlar”.


Bunu Modern.az-a açıqlamasında sabiq deputat Nazim Bəydəmirli bildirib.


III çağırış Milli Məclisin (2005-2010-cu illər) deputatı olmuş Nazim Bəydəmirli 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq niyyətindədir.

“2010 və 2015-ci il seçicilərin təşəbbüs qrupunun təkidi ilə mənim namizədliyimi irəli sürüblər və  deputat seçilməyimin mümkünlüyünə rəğmən YAP-ın namizədinə mane olmamaq üçün güzəştə gedib, geri çəkilmişəm. Ancaq bu illər ərzində məni seçicilər həmişə millət vəkili statusunda görüblər.
Fikrimcə, millət vəkili adına iddialı olanlar öz gücünə, seçicini öz tərəfinə çəkmək qabiliyyətinə görə yarışa girməlidirlər”.


N.Bəydəmirli bildirib ki, son müraciətlərdə onu tanıyan insanlar bu və ya digər formada, həm sosial şəbəkələrdə, həm şəxsi görüşlərdə təkidlə namizədliyini irəli sürməyini istəyirlər:

“Təbii ki, mənim insanların bu təklifini geri çevirmək fikrim yoxdur. Hesab edirəm ki, seçicilərin təşəbbüs qrupu yenə namizədliyimi irəli sürəcək”.

Sabiq deputatın sözlərinə görə, V çağırış parlamentin üzvlərinin fəaliyyətsizliyi ümumilikdə Milli Məclisin cəmiyyətdəki nüfuzunun aşağı düşməsinə səbəb olan əsas amildir.

“Mən hesab edirəm ki, YAP-ın  parlamentin özünü buraxma təşəbbüsü həm də bu səbəblərdən qaynaqlanıb. Düşünürəm ki, siyasi etika çərçivəsində mənim iki dəfə YAP-ın namizədinə güzəşt etməyim yetərlidir. Hesab edirəm ki, mən və ya digərləri ədalətli seçki performansı sərgiləməlidirlər. Hamı anlamalıdır ki,  millət vəkilliyi heç bir inzibati vəzifə deyil, namizədlərin yaşına və ya kiməsə yaxınlığına görə verilmiş lütf deyil, bu ada iddialı olanlar çalışmalıdırlar ki, xalqın etimadını qazana bilsin və hakimiyyətlə seçicilər arasında körpü rolunu oynaya bilsin, millət vəkili adını məsxərəyə qoya biləcək hərəkətlər etməsin, vacib dövlət orqanının fəlsəfəsini anlasın. Fikrimcə indiki şəraitdə mənim və ya başqasının real seçicilərdən mandat almağı həm də hakimiyyətin özü üçün çox vacibdir”.

N.Bəydəmirli deyib ki, ona seçilmək üçün kömək etmək lazım deyil, mane olmamaq yetərlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Baş katiblə görüşüb 24 İyun 2021, 16:28 Bir qrup hərbçiyə ordenlər verildi - SİYAHI 24 İyun 2021, 16:15 Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 15:50 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?