Modern.az

Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu

Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu

Aktual

10 Dekabr 2019, 11:01

“Ekologiya postu” kimi tanınan ərazidə “Eurohome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.

 

Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

 

Bu barədə Modern.az-a  “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

 

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H. Z. Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

 

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı