Modern.az

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

Dünya

13 İyul 2026, 03:50

Çilinin Vinya-del-Mar şəhərində (Valparaiso vilayətinin mərkəzi) avtomobil yarmarka ziyarətçilərini vurub, nəticədə altı nəfər həlak olub, yeddi ziyarətçi yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Nəqliyyat vasitəsinin sükanı arxasında Çili Hərbi Dəniz Qüvvələrinin kapralı olub. Şahidlərin sözlərinə görə, o, sürət həddini aşıb, bir anda idarəetməni itirərək səkiyə çıxıb, ticarət sıralarını və insanları əzib.

Hadisənin başvermə şəraiti aydınlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!