Modern.az

Almaniya Ukrayna üçün 50 min PUA alacaq

Almaniya Ukrayna üçün 50 min PUA alacaq

Dünya

Bu gün, 21:09

Almaniya Ukrayna üçün 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) alınmasını maliyyələşdirəcək.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət Ukraynanın "Skyfall" şirkətinin istehsal etdiyi, hədəfi avtomatik izləmə funksiyası ilə təchiz olunmuş PUA-lardan gedir.

Müqavilənin dəyərinin təxminən 90 milyon avro olduğu bildirilir. Almaniya Müdafiə Nazirliyi hələlik "Reuters"in yaydığı məlumatı şərh etməyib.

Daha əvvəl Almaniya hökuməti bəyan etmişdi ki, Berlin 2022-ci il fevralın 24-dən etibarən Kiyevə təxminən 39 milyard avro humanitar, 55 milyard avro isə hərbi yardım göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR