Modern.az

"Google"da yeni funksiya

Aktual

29 Dekabr 2019, 00:14

"Google Foto" tətbiqi daima yeni funksiyalarla inkişaf etdirilir.

Modern.az  xəbər verir ki, tətbiqə daha bir yenilik əlavə olunub. Bu funksiya sayəsində videoda kadrları yaxınlaşdırıb baxmaq mümkün olacaq.

Qeyd edək ki, bu yenilik tətbiqin 4.33 versiyasına əlavə ediləcək.

"XDA Developers" şirkətinin redaktorları "Google Foto"nun gizli funksiyasını işə salmağı bacardıqlarını təsdiqləyiblər.

Bu funksiya ilə smartfonlar video çəkərkən daha məhsuldar və səmərəli olur. Şirkət nümayəndələri yaxın zamanlarda "Google Foto" tətbiqinin daha bir neçə yenilik təqdim edəcəyini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?