Modern.az

“Mərd idi, elə ona görə də Vətənə qurban getdi” - Şəhid əsgərin əmisi

“Mərd idi, elə ona görə də Vətənə qurban getdi” - Şəhid əsgərin əmisi

Aktual

8 Yanvar 2020, 14:00

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.

 

Şəhid Fərzalının əmisi İbrahim Fərzalıyev kədərini Modern.az-la bölüşüb:

 

“Ağırdır bu barədə danışmaq. İgid idi, mərd idi, vətənini sevən idi. Elə ona görə də Vətənə qurban getdi. Bir əsgərin şəhidlikdən böyük arzusu olmur. Çətindir mənə danışmaq. O qədər çətindir ki, nə sual versəniz cavablandırmaq gücündə deyiləm”.

 

İ.Fərzalıyev şəhidin nişanlı olduğunu da qeyd edib:

 

“Nişanlı idi, toyu olacaqdı. Amma qismət... Onun şəhid olması barədə xəbəri qardaşına verdilər. O da hamımıza bildirdi. Canımızdan can gedib. Yenə də Vətən sağ olsun”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi