Modern.az

\"Xəbər məni olduqca kədərləndirdi\" - İlham Əliyev

\

8 Yanvar 2020, 14:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

 

Modern.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

 

 

"Hörmətli cənab Prezident!

 

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakını müharibə ilə hədələdi