Modern.az

Polad Bülbüloğlunun yubileyinə kimlər gələcək?

Polad Bülbüloğlunun yubileyinə kimlər gələcək?

Aktual

15 Yanvar 2020, 11:50

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq.

 

Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, yanvarın 23-ü Moskvada Xalq artistinin anadan olmasının 75 illiyi ilə bağlı yubiley tədbiri təşkil olunacaq. Yanvarın 25-i isə Bülbüloğlunun Bakıya gələcəyi gözlənilir. Konsertdə kimlərin qonaq qismində iştirak edəcəyi, Xalq artistinin gəlişindən sonra bilinəcək.

 

Qeyd edək ki, Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi ilə bağlı fevralın 4-də saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələri keçiriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı