Modern.az

Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR

Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR

23 Yanvar 2020, 21:01

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini yanvarın 23-də də  davam etdirib.

 
Modern.az xəbər verir ki, deputatlığa namizəd  Nizami adına klubda insanlarla bir araya gəlib. İnsanlarla çox möhtəşəm görüş baş tutub. Tanınmış jurnalist Ələsgər Cəfərin apardığı toplantıda şəhər ağsaqqallarından Qulu İsmayılov, Asif Agayev,  Rahib Bədirov tanınmış şair yazıçı və publisistlərdən  Sakit İlkin, Əsədulla Sadıqov, Əlisəfa  Əhmədoflu, Malik Balaşov, Mərdan Dadaşli, İqbal Nemət müəllimlər Mirhumbət Səmədov və Seymur Hüseynov çıxış edərək seçicilərin öz seçimini etdiklərini, səslərini Musa Qasımlıya verəcəklərini bildiriblər.

Görüşdən sonra rayonun tanınmış təsərrüfat rəhbərlərindən biri olmuş Həsənağa Şərbətovun Urakəran kəndində yaş mərasimində iştirak edib. Ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.


Deputatlığa namizəd daha sonra şəhərdəki şəhid ailələrinə və qohumlarina baş çəkib.


Seçicilər dövlətin qayğısından razı qaldıqlarını bildiriblər.


Sonda Musa Qasımlı hər kəsə minnətdarlığını qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı