Arxiv
28 Yanvar 2020, 16:12 | AKTUAL
Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO

Təbiətin ən füsunkar guşəsində, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Kiş kəndi turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Xüsusilə həftə sonları kəndin daş döşənmiş yolları ilə turistlərin dəstə-dəstə axışması burada adi hal sayılır. Qədim Kiş Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına çox böyük töhfələr vermiş məşhur insanların yurdudur. Bu kəndin hər daşında, hər döngəsində bir tarix yaşayır. Sakinləri də qonaqpərvərliyi, açıq ürəkliliyi və səmimiyyəti ilə seçilirlər. Bu gün də Kiş kəndində xüsusi canlanma vardı. Əhali kəndin mərkəzinə axışırdı. Bu günkü qonaq Kişlilərin çox yaxşı tanıdığı və dərin rəğbət bəslədiyi Cavanşir Feyziyevdir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Cavanşir Feyziyev özü də etiraf edir ki, son 10 ildə seçki dairəsi ərazisində ən çox ziyarət etdiyi yaşayış məntəqəsi məhz Kİş kəndi olub. Cavanşir Feyziyevin seçki təşviqatı ilə bağlı tədbirə qatılanların simalarında təmənnasız bir səmimiyyət və rəğbət hiss olunurdu. Görüşü Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Kiş kəndinin seçilib -sayılan ziyalı alimi, şair Vaqif Aslan açdı. Keçən illər ərzində Cavanşir Feyziyevin Kiş kəndinə səfərlərindən, Kİş əhalisi ilə müntəzəm əlaqəsindən söz açan şair Vaqif Aslan görüşə gələn kənd sakinlərinin həvəslə seçkilərdə iştirak edəcəyini və növbəti seçkilərdə də məhz Cavanşir Feyziyevi dəstəkləyəcəyini əminliklə vurğuladı. Çıxış edənlər son 10 il ərzində Cavanşir Feyziyevlə mütəmadi əlaqədə olduqlarını, kəndin sosial problemləri ilə bağlı qaldırılan məsələlərə deputat tərəfindən xüsusi diqqət göstərildiyini qeyd edərək, qarşıdan gələn parlament seçkilərində növbəti dəfə ona etimad göstərəcəklərini qeyd edirdilər.

Seçicilər qarşısında çıxış edən Cavanşir Feyziyev Kiş kəndində aparılan təmir-bərpa işlərindən danışaraq kəndin daha böyük turizm potensialına malik olduğunu və bunun üçün Şəki turizm idarəsi və Dövlət turizm agentliyi tərəfindən müvafiq layihə hazırlıq işlərinin aparıldığını bildirdi. Kiş kəndinin məktəblərində təhsil prosesinin yüksək səviyyədə həyata keçirildiyini və nəticədə hər il rekord sayda abituriyentlərin ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunduğunu bildirən deputatlığa namizəd Kiş müəllimlərinə xüsusi minnətdarlığını bildirdi. Görüşdə iştirak edən seçicilər keçən iki çağırış müddətində Cavanşir Feyziyevin fəaliyyətindən razı qaldıqlarını və yenidən onları Milli Məclisdə təmsil etmək üçün parlament seçkilərində məhz ona səs verəcəklərini bildirdilər. 3 saat ərzində qarşılıqlı etimad və səmimiyyət şəraitində keçən görüş seçicilərin böyük ruh yüksəkliyi və alqış sədaları ilə başa çatdı.

 

Seçicilərlə növbəti görüş günün ikinci yarısında Şəkinin Qışlaq məhəlləsində baş tutdu. Böyük həvəslə görüşə qatılmış Şəki sakinləri öz millət vəkillərini hərarətli alqışlarla salamladılar. Çıxış edənlər keçən dövr ərzində Cavanşir Feyziyevin millət vəkili kimi fəaliyyətindən razı qaldıqlarını və ona yenidən etimad göstərəcəklərini bildirdilər.

 

Deputatlığa namizəd Cavanşir Feyziyev ölkəmizdə aparılan quruculuq işlərindən, ardıcıl olaraq həyata keçirilən islahatlardan və eləcə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsindən danışdı. Görüşün sonunda seçicilərin suallarını cavablandıran Cavanşir Feyziyev onun fəaliyyətinə verdikləri yüksək qiymətə görə Qışlaq sakinlərinə minnətdarlığını bildirdi, növbəti dəfə Milli Məclisə üzv seçiləcəyi halda onların etimadını doğrultmağa çalışacağını vəd etdi.

 

Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri 115 saylı seçki dairəsinin digər yaşayış məntəqələrində də davam etdiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 17:25 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 14:52 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28